Bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilib. Azərbaycan regionda “orta güc” dövləti kimi sülh gündəliyinin irəlilədilməsi və enerji təhlükəsizliyinin təminində əsas rol oynayır. Kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası, o cümlədən Zəngəzur dəhlizi regionun inkişafı və sabitliyinə xidmət edəcək.
QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ilkin hesablamalara görə, sülh müqaviləsi imzalanarsa, Azərbaycan və Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər.






