Bu gün Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin  təşəbbüsü ilə Qazaxstan QHT-ları ilə onlayn görüş baş tutmuşdur.

QHT.az xəbər verir ki, görüşü Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov açaraq iştirakçılara Platformanın fəaliyyəti, gələcəkdə görüləşcək işlər barəsində məlumat vermişdir. Bu istiqamətdə QHT-lərin atdıqları addımları müsbət qiymətləndirərək görüş iştirakçılarına gələcək əməkdaşlıqlarda uğurlar arzulamışdır.

Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin  sədri Eynulla Xeyrullayev çıxış edərək iştirakçılara Qazaxıstanın Almatı Vətəndaş Alyansı, sədr Kayrzxan Abduxalıkov və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi arasında bağlanmış əməkdaşlıq memerandumu barəsində məlumat vermişdir.

İştirakçılar çıxış edərək gələcək əməkdaşlıqlar istiqamətində geniş fikir mübadiləsi aparmışdırlar. Müzakirələr zamanı TDT QHT Platformasının üzv təşkilatların koalisiyasının yaradılması, ekspert səviyyəsində əməkdaşlıqlar və birgə layihəlrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Azərbaycan tərəfindən Gəncə Regional Qadın Mərkəzi İB sədri Məleykə Əlizadə, "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin sədri fariz Əkbərov, Qzaxstan tərəfindən QHT liderləri Rinat Temirbekov, Zaxira Beqaliyeva iştirak edirdi.

Tədbirin keçirlməsinə Azərbaycan  Milli QHT Forumu yaxından köməklik göstərmişdir.