Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi çərçivəsində su və sahilyanı ərazilərdə iqlim dəyişikliyinə uyğunlaşma mövzusundakı iki Təlimçilərin Təlim sessiyası uğurla başa çatdı.
QHT.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin dəstəyi ilə müxtəlif dövlət qurumlarında fəaliyyət göstərən 50-dən artıq texniki kadrı iqlim dəyişikliyinə uyğunlaşma üzrə təlimçi kimi təchiz etdik.
Üç gün intensiv davam edən təlimlərdə dəvət olunmuş beynəlxalq və yerli məsləhətçilər,iqlim dəyişikliyinin həm qadınlara, həm də kişilərə təsirləri də daxil olmaqla, müxtəlif aktual mövzuları əhatə edərək texniki personalın potensialının artırılmasına çalışıb. İştirakçılarımız gender dinamikası, inklüziv dil strategiyaları və rol oynama, qrup müzakirələri və nümunə araşdırmaları kimi interaktiv metodlar vasitəsilə güc balanssızlıqlarının həllini araşdırıb.
Bununla belə, sessiyalarımız sadəcə mühazirələrdən ibarət deyildi: bura praktiki öyrənmə təcrübəsi üçün interaktiv və dinamik işçi qrup fəaliyyətləri də daxildir. Təlimçilərin Təlim sessiyalarından sonra təlimçilərimiz öz biliklərini müvafiq dövlət qurumları ilə bölüşməyə hazırdır.










