Doktor Andrea Lynn Roberts və ABŞ-dan olan ginekoloji onkologiya professoru Anil Soodun fikrincə, stressin xərçəngə tutulma riskinə təsiri onun ürək və qan damarları üçün təhlükəsi qədər əhəmiyyətli deyil.
Xərçəng tədqiqatçısı Andrea Lynn Roberts qeyd edir ki, stresli hadisələr əslində ciddi sağlamlıq problemlərinin yaranma ehtimalını artıra bilər. Lakin emosional stress nəticəsində ürək xəstəliklərinin inkişaf riski xərçəngdən qat-qat yüksəkdir. Həkimin sözlərinə görə, qısamüddətli stress keçirən insanlar narahat olmamalıdır.
Bununla belə, onkoloq Anil Soodun fikrincə, xroniki (daimi) stress immun sistemini poza bilər, bu da onun şiş hüceyrələrini tanımaq və məhv etmək qabiliyyətinin zəifləməsinə səbəb olur. Həkim əlavə edib ki, zəiflədən emosional stress dolayı yolla xərçəngə tutulma riskini artırır, həzm problemləri, diabet və ürək xəstəliklərinə səbəb olur.
Pərvanə Fərhadqızı












