Uzun missiyası zamanı avtomatlaşdırılmış Cassini kosmik stansiyası xarakterik formaya malik olan Saturnun təbii peyki olan "kosmik köftə"nin yeni, yüksək keyfiyyətli şəkillərini çəkib.
QHT.az xəbər verir ki, bu görüntüləri NASA yayıb. Görünüşünə görə köftəyə bənzəyən Pan adlı kosmik obyekt Saturnun daxili və ən yaxın peykidir. O, 134.000 km yüksəklikdə hər 13,8 saatdan bir tam fırlanmasını tamamlayaraq, Saturnun halqalarından birindəki boşluq vasitəsilə planetin ətrafında dövr edir. Çəkilmiş iki yeni Pan təsviri ayı təxminən 24.600 km məsafədən müxtəlif bucaqlardan göstərir. Bu, kosmik gəminin indiyə qədər Pana çatdığı ən yaxın məsafə idi ki, bu da əvvəlki şəkillərlə müqayisədə onun səthində təfərrüat səviyyəsini yaxşılaşdırmağa imkan verdi.
Pərvanə Fərhadqızı












