Qiymət artımı insanların yaşam standartlarını mənfi təsir edən bir məsələdir. Daha yüksək qiymətlər, insanların daha az məhsul və xidmət almasına səbəb olur. Bu isə ölkənin ümumi iqtisadi durumuna təsir edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az- a cəmiyyət üçün böyük bir problem olan qiymət artımı ilə bağlı problemlərdən danışıb: “Ölkədə istehsal olunan məhsulların qiymətləri, idxal olunan məhsullarla müqayisədə baha olur. Yerli məhsul əlçatan olmalıdır. Ölkədaxili bank sektorunda kredit resurslarına çıxışları sahibkarlarımız üçün əlçatan deyil. Bu da qiymətlərə təsir edir. Kreditlər bahadırsa bazara çıxarılan məhsullar da baha olacaq. Gündəlik təlabat malları üzrə sahibkar qiyməti nə qədər artırsa da, alıcı məcbur olub onu alacaq. Düzgün rəqabət mühütü olmalıdır. Dövlətin iqtisadiyyatda rolu böyükdür, öz qurumları vasitəsilə bazara müdaxilə etməlidir. Süni şəkildə qiymətlər yüksələndə istehsalçı, istehlakçı və dövlət uduzur, vasitəçilər isə udur. Ona görə də, istehsalçı ilə istehlakçı arasında əlaqələr qurulmalıdır. Dövlət vergi ilə bağlı kənd təsərrüfatına güzəştlər tətbiq edib. Bazarı daha çox məhsulla təmin etməliyik ki, problemlərlə üzləşməyək”.
Pərvanə Fərhadqızı












