01 Avqust 2021-ci il tarixdə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Nümayəndəliyinin maliyyə dəstəyi və Vətəndaş Cəmiyyəti ECSOFT İctimai Vəkillik Təşəbbüsləri tərəfdaşlarının, Qeyri Kommersiya Beynəlxalq Hüquq Mərkəzinin, MG Consulting Azərbaycan təşkilatının və “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin cəlb olunması ilə “İstehlakçıların hüquqlarının müdafiəsində Vətəndaş iştirakçılığı” layihəsinin növbəti onlayn konfransı keçirildi.

 

 Tədbirdə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin işçi qrupu və layihəyə cəlb olunan ictimai təşkilatların üzvləri ilə yanaşı bu layihəyə cəlb olunmuş dövlət və hökumət qurunlarından və yerli mediyadan nümayəndələr də iştirak edirdilər. Konfransın keçirilməsində məqsəd, layihə çərçivəsində həyata keçirilmiş tədqiqatın yekunları haqqında hesabatın təqdimatı və əldə olunan nəticələrin müzakirəsindən ibarət idi.

Layihə üzrə fəaliyyət dəvam edir.