“Vərəmsiz Gələcəyə Doğru” İB Qlobal pasient şəbəkəsi “TB people” ilə qarşıqlıqlı anlaşma memorandum müqaviləsi bağlayaraq Qlobal şəbəkənin Azərbaycandakı rəsmi nümayəndəsi olub. Bu barədə QHT.az-a təşkilatın sədri Çingiz Ramazanlı məlumat verib.
Təşkilat sədri bildirib ki, Qlobal TB PEOPLE pasient təşkilatının tarixi Vərəmin təsirinə məruz qalmış insanların birliyinin yaradılmasından və mobilizasiyasından 2016-cı ilin iyul ayında baş tutmuş ilk regional görüşdən başlayır. Məhz o görüşdə ŞAMA ölkələrindən olan vərəmin təsirinə məruz qalmış insanlar arasından aktivistlər belə bir beynəlxalq təşkilatın yaranmasının zərurliyini anlayaraq regonal şəbəkənin yaradılmasına təkan vermiş oldular. O zamandan da şəbəkənin dörd nəfərdən ibarət müvəqqəti koorinasiya şurası yaradılır, şəbəkəyə TB PEOPLE adı verilir və şəbəkənin əsas məramı, fəaliyyət sferası təyin edilir.
Məram : Vərəmdən azad dünya
Missiya : İnsanları birləşdirib vərəmə qalib gəlmək
“Vərəmə son qoyaq Partnyorluğu” , Vərəm,İİV və Malyariya ilə mübarizə üzrə Qlobal Fond, USAİD, Vərəm ilə mübarizə üzrə Avropa Vərəməleyhinə Koalisiya, PAS mərkəz, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası kimi güclü əməkdaşları ilə TB PEOPLE güclü inkişaf edərək öz sıralarına dünyanın 110 ölkəsindən nümayəndələr cəlb edir.
2017 – cildə Gürcüstanda ikinci regional görüşdən sonra təşkilat regional şəbəkə kimi rəsmi qeydiyyat alır. Bu ana qədər şəbəkə artıq ŞAMA ölkələri miqyasından çıxaraq bütüm avrasiya qitəsini tam əhatə edirdi. Şəbəkənin qəbul edlmiş rus dili ilə yanaşı ikinci beynəlxlaq dili ingilis dili olur. 2018-ci ildə şəbəkəyə Afrikadan ilk üzvün qəbul edilməsi ilə TB PEOPLE qlobal şəbəkəyə çevrilmiş olur və Böyük Britaniyada qeydiyyatdan bir daha keçərək Qlobal statusunu təsdiqləyir.Qlobal Fond tərəfindən maliyyə qrantları çərçivəsində nəzərə çarpan fəaliyyətlərə nail olur.“Sən və vərəm” adlı broşuranı hazırlayıb ŞAMA ölkələrinin 11 dilinə və habelə ingilis dilinə tərcümə edir.Vərəmin təsirinə məruz qalmış insanlar haqqında beynəlxalq bəyənnamə hazırlayır.
Hal-hazırda TB PEOPLE qlobal şəbəkəsi dünyanın 110 ölkəsini əhatə edir.
Bu günə qədər TB peoplenin üzvləri Avrasiya, Afrika və Latın Amerikası ölkələrindən təxminən 250 fəaldır. Uzun müddət aparılan söhbətlər nəticəsində qarşılqlı razılıq əsasında “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi Qlobal TB people pasient təşkilatının Azərbyacandakı rəsmi təmsilşisi kimi qəbul edilmiş və bu barədə qlobal şəbəkə və təşkilat arasında 24 avqust 2021-ci il tarixində qarşılqlı anlaşma Memorandumu imazlanmışdır.












