“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı,Qazax Gənclər və İdman idarəsi və Qazax Olimpiya kompleksinin əməkdaşlığı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 07.04.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirə Qazax Olimpiya İdman Kompleksində yarımfinal oyununa start verilmişdir.
Tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi.
Turnirin 4 günündə 2 komanda güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:
Kosalar 8 – 0 Qazaxbəyli
Kosalar komandası qalib gələrək finala yüksəlir ,məğlub olan komanda isə 3-4 yerlər uğrunda mübarizə aparacaqdır.
Final oyunları 08.04.2022-ci il tarixdə keciriləcəkdir.












