Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd  Fazil Mustafa  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürösunun (DTİHB) seçki müşahidə missiyasının üzvü, siyasi analitik Dominik Houel  ilə görüşüb.

QHT.az xəbər verir ki, siyasi analitik missiyanın fəaliyyəti haqqında prezidentliyə namizəd Fazil Mustafaya məlumat verib. 

F.Mustafa isə öz növbəsində seçki qanunvericiliyi, partiyanın müşahidəçiləri və seçki kampaniyasının gedişatı barədə Missiyasının təmsilçisinin suallarını cavablandırıb. F.Mustafa sərbəst, maneəsiz təbliğat, təşviqat kampaniyası apardığını partiyanın  bütün seçki məntəqələrində müşahidəçilərinin olduğunu və seçkilərin şəffaf keçirilməsində vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın müsbət əhəmiyyətini qeyd edib və avropalı analitikə  fəaliyyətlərində uğur diləyib.