Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Şəhriyar Həbibi 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərə qatılıb və noyabrın 6-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şəhriyar Həbibi göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!