“Azərbaycanın su infrastrukturu Prezidentin daimi diqqət mərkəzində olub”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə çıxışı barədə məsələyə münasibət bildirərkən deyib. O, bildirib ki, su problemi bütün dünyada aktual olaraq qalmaqdadır. Cənab Prezident bu sahəsini daimi diqqət mərkəzində saxlayır davamlı olaraq həm sudan səmərəli istifadə həm infarstrukturun möhkəmlənməsi və davamlılığının təmin olunması barədə tədbirlər görür. Sözgedən dövlət proqramı bu sahəyə diqqətin daha bir təzahürüdür. Hesab edirəm ki bu dövlət Proqramı bu sahədə əsaslı dönüş yaradacaq.