Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nahid Səfərov 2016-cı il yanvarın 29-da Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində baş verən silahlı toqquşma zamanı qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, o, 22 sentyabr 1996-cı ildə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub, yanvarın 30-u isə Nahid Səfərov doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Səfərov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Nahid Səfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!










