“Qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə, hər kəsin iştirak edəcəyinə ümid edirəm. Mən özüm də seçkilərdə exit- pollda iştirak etmişəm. Əksəriyyət insanları prezident İlham Əliyeva səs verdiyinin şahidi olmuşam. Ümid edirəm ki, 7 fevralda da insanların gəlib səs verəcək, yenidən İlham Əliyev seçiləcək. Çünki bizi qələbəyə, uğurlara aparan ancaq cənab prezidentimiz olub. Seçkilər ədalətli və şəffaf şəkildə keçəcək. Çünki bunların şahidi olmuşam”.

Bu fikirləri "Səma və Eko sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az- a açıqlamasında bildirib.

Qeyd edək ki, ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Fevralın 7-də prezident seçkiləri ilə əlaqədar xaricdəki məntəqələrdə səsvermə prosesi ilk olaraq ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılmış məntəqədə başlayacaq.

 

Pərvanə Fərhadqızı