Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Hüseyn Abbasov 1993-cü il fevralın 13-də Hacıqabul şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 6-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Hüseyn Abbasov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!