Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Ağabala Ağayev 3 mart 1997-ci il tarixində Şabran rayonunun Çölquşçu kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2015-ci ildə hərbi xidmətə yollanıb və müddətli xidməti başa vurduqdan sonra orduda qalaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və 13 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ağabala Ağayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!






