Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Xocalı soyqırımına qoyulmuş memorial komplekslə bağlı Prezident İlham Əliyevin çıxışına münasibəti bildirərkən qeyd edib ki, Xocalı soyqırımını biz heç vaxt unutmmamalıyıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə qoyulmuş bu kompleksin açılışında Prezidentin çıxışında çox mühüm mesajlar var idi:
"Burada xüsusi ilə Prezidentin bu faciələrinin unudulmaması ilə bağlı söylədiyi fikirlər çox önəmlidir. Prezident bu hadisələrə toxunarkən əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı fikirləri bizi ayıq-sayıq olmağa səsləyir. İlham Əliyev Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunun təzahür etdiyini bildirdi. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı- Prezident İlham Əliyevin bu fikirləri bir daha Azərbaycan xalqının böyüklüyünü sübut edir".






