İyulun 4-ü Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Tural Qubatovun doğum günüdür.
QHT.az xəbər verir ki, 1998-ci il iyunun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində döyüşçü ailəsində dünyaya gələn Tural Alxanlı istiqamətindən başlayan əks-hücum zamanı pulemyotçu olaraq düşmənə qarşı mərdliklə vuruşub. O və hərbçi yoldaşları 30 illik erməni səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra Tural və döyüşçü yoldaşları Cəbrayıl istiqamətində düşmənə qarşı mərdliklə vuruşublar. Gərgin döyüşlərdən birində 05.10.2020 tarixində Tural qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.
Tural Qubatov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Pərvanə Fərhadqızı












