Bu gün qəhrəman şəhidimiz polkovnik-leytenant Yaşar Sadıqovun anım günüdür.

QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə başlayan Yaşar Sadıqov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də Ömər aşırımındakı döyüş zamanı qəhrəmancasına şəhid olub.

Yaşar Sadıqov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Dərin ehtiramla yad edirik! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı