Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Elçin Arazovun doğum günüdür.
QHT.az xəbər verir ki, o, 8 avqust 2001- ci ildə Quba rayonunda anadan olub. 2019-cu ilin oktyabrın 1-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 31 oktyabr 2020- ci ildə həmin döyüşlər zamanı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Arazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Pərvanə Fərhadqızı












