Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olan Pərvin Babayev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 6-da qəhrəmancasına şəhid olub.

Pərvin Babayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı