Zaqatala rayonu, Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva “Fədakar təhsil işçisi” adını yüksək səviyyədə doğrultduğuna görə “Firidun bəy Köçərli” adına mükafata layiq görülüb.
QHT.az xəbər verir ki, bu münasibətlə Südabə xanımı ürəkdən təbrik edir və ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Qeyd edək ki, AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.










