Quba Regional QHT-lərin Resurs və Təlim mərkəzi ictimai birliyinin sədri Eynulla Xeyrullayev növbədənkənar seçki ilə bağlı QHT.az –a MÜSAHİBƏ verib.
QHT.az: Eynulla müəllim, hər vaxtınız xeyir. Müsahibəyə görə QHT.az adından Sizə təşəkkür edirik. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?
Eynulla Xeyrullayev: Ümumilikdə prezident seçkiləri və digər seçkilər xalqın iradəsini təzahür etdirən demokratik prosesesdir. Bu prosesdə cəmiyyətin bütün təbəqələri siyasi tərəflər və vətəndaş cəmiyyətinin nümayəndələri aktiv iştirak edərək dövlətin idarə olunmasında bilavasitə mühüm rol oynayırlar.
QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?
Eynulla Xeyrullayev: QHT- lərin seçki prosesində iştirakı bir çox mərhələlərdə öz əksini tapmışdır. Bu fəaliyyətlər təşviqat kampaniyaları exit-pollar və müşahidə missiyaları şəklində həyata keçirilir.
QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?
Eynulla Xeyrullayev: Prezident seçkiiləri elan olunduqdan dərhal sonra bütün siyasi partiyalar üçün seçki marafonunda iştirak etməklə əlaqədar bərabər imkanlar yaradılmışdır. Namizədliyini irəli sürmüş hər bir siyasi liderə bərabər efir imkanı, müəyyən olunmuş yerlerdə təbliğat imkanlarının yaradılması (plakatların, bukletlərin, digər təbliğat xarakterli materialların) yayılması üçün imkan yaradılmışdır. Hər bir siyasi partiyaya dairə və məntəqə seçki komisiyalarının işində iştirak etmək imkanı yaradılmışdır.
QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?
Eynulla Xeyrullayev: QHT sədri olaraq hesab edirəm ki, seçkilərin təşviq edilməsi prossləri daha maraqlı, yeni texnologiyaların tətbiq edilməsi vasitəsilə daha cəlbedici ola bilərdi.
Pərvanə Fərhadqızı
QHT.az












