Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Sabirabad rayonunda “Narkomaniyaya qalib gəl, gələcəyini qazan” adlı maarifləndirmə tədbiri keçirilib. 

 

Əli Qurbanov adına Qalağayın kənd tam orta məktəbində keçirilən görüşdə 8,9,10 və 11-ci sinif şagirdləri iştirak ediblər. 

 

Agentliyin Mil-Muğan regional filialının əməkdaşları məktəblilərə Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, narkotik asılılığı və onunla mübarizə yolları mövzularında məlumatlar veriblər. 

 

Təqdimatlardan sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.