“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi 24 oktyabr 2024-cü il tarixində, saat 10:00-12:00-da Bakı Biznes Mərkəzində "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda Dəyirmi Masa təşkil edəcək.

QHT.az xəbər verir ki, tədbir, 1997-ci il Nobel Sülh Mükafatı Laureatı olan Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya və Kasetli Silahlara dair Koalisiyanın dəstəyi ilə həyata keçiriləcək. Dəyirmi masada Azərbaycandakı mina qurbanları, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Tədbirdə ANAMA, Milli Məclis deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, mina qurbanları, qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak edəcək.