Kamçatkanın şərq sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

QHT.az xəbər verir ki, seysmoloqlar zəlzələnin episentrinin Petropavlovsk-Kamçatskidən 147 kilometr cənubda olduğunu müəyyən ediblər. Mənbə dənizin dibinin 127 kilometr dərinliyində yerləşirdi. Bölgə sakinləri yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.

 

Pərvanə Fərhadqızı