Noyabrın 16-da UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransa start veriləcək. Konfransda ali təhsil, iqtisadiyyat, səhiyyə və digər sahələrin rəqəmsallaşmasını tələb edən qlobal çağırışlar, eləcə də yaranan problemlər barədə maraqlı və aktual çıxışlar olacaq, ciddi müzakirələr aparılacaq.

QHT.az xəbər verir ki, konfransın əsas məqsədi, qlobal çapda inkişaf etmiş rəqəmsal iqtisadiyyat tətbiqləri və bu sahədə baş verən ən son dəyişikliklər barədə ali təhsil müəssisələri, iqtisadiyyatçılar, və sahənin təcrübəli nümayəndələri arasında təcrübə və fikir mübadiləsi yaratmaqdır.

Konfransın proqramında, rəqəmsallaşmanın tətbiqi üçün real perspektivlər, qarşılaşılmağa davam edən problemlər, və müasir iqtisadiyyatın dəyişən tələbləri ilə bağlı maraqlı çıxışlar və panel müzakirələr yer alacaq. Tədbir, təhsil sahəsində və iqtisadiyyatın müxtəlif aspektlərində işləyən tədqiqatçıları, müstəqil ekspertləri və təcrübəli praktiki nümayəndələri bir araya gətirərək, rəqəmsal iqtisadiyyatın inkişafında daha sürətli irəliləməyə nail olacaq.

 

 

Pərvanə Fərhadqızı