Bu gün öz işinə başlamış Dayanıqlı inkişaf üzrə II Bakı Forumu keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bu barədə məlumat verib. Rektor qeyd edib ki, Forumda DİM-lər üzrə aktual məsələlər və bu istiqamətdə Azərbaycanın uğurları haqqında maraqlı məruzələri dinlədik: “Minalarla bağlı Azərbaycanın yeni 18-ci DİM təşəbbüsü ölkəmizin qlobal məsələlərdə də fəallığının növbəti nümunəsidir”.

Rektor, Forumda özünün də iştirak etdiyi minalarla əlaqədar Azərbaycanın yeni 18-ci DİM təşəbbüsünün ölkənin beynəlxalq arenada fəallığının bir başqa nümunəsi olduğunu vurğulayıb. Azərbaycanın bu sahədəki nailiyyətlərinin, ölkəni qlobal məsələlərdə daha da fəal şəkildə iştirak etməsinin təzahürü olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı