“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Ağcabədi rayonunda uğurla davam etdirir. 
 

10.03.2023-cü il tarixində Ağcabədi rayonunda Sarcalı kənd orta “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi”  layihəsi çərçivəsində  “Erkən nigah və onun fəsadları” mövzusunda tədbir keçirildi.   Tədbiri giriş sözü ilə məktəbin direktoru S.Məmmədova açdı. O mövzunun aktuallığını vurğuladı  və sözü  layihə rəhbərinə verdi.  Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdi və bildirdi ki, “Ölkəmizdə erkən nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, erkən nikahlar hələ də bəzi ərazilərdə qalmışdır, bunun isə qızlara, onların ailələrinə və cəmiyyətə mənfi təsirləri vardır. Biz də bu problemin  azaldılmasına öz töhfəmizi vermək istəyirik”
Ekspert erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi.Bildirdi ki, erkən nikah, yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 -cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evli və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir.
Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır”
Sonda müzakirələr oldu. Məktəbin direktoru S.Məmmədova Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdi. İştirakçılar hamılıqla erkən nigaha yox dedilər.