Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmələr Siyəzən və Xızı rayonlarında təşkil olunacaq.

 

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair ətraflı məlumat veriləcək.

 

İctimai dinləmələr 13 aprel 2023-cü il tarixində saat 11:00-da Siyəzən rayonunda Heydər Əliyev Mərkəzində və həmin gün saat 15:00-da Dövlət Aqrar İnkişaf Mərkəzinin Xızı rayon şöbəsində keçiriləcək.