“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İB yeni layihəsinin icrasına başlayıb.

“QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Vətən Müharibəsi Qələbəsi” sənədli film adlı layihənin icrasına start verdi.
Təşkilat sədri Naibə Behbudova QHT.az-a açıqlamasında bildirib ki, layihə 2 ay müddətində (01.09.2022-ci il tarixindən,01.11.2022-ci il tarixinədək)  Bərdə, Ağdam, Tərtər və Bakıda  icra olunacaq.
“Layihənin əsas məqsədi “Vətən Müharibəsi Qələbəsi”nin, zəfər tariximizin yeniyetmə və gənclər arasında təbliğ olunmasından ibarətdirr.
Gənclərimiz Vətən Müharibəsinin qalibləri olan qəhrəmanlarını özləri üçün bir örnək götürməlidirlər. Vətən Müharibəsi Qələbəmizin yeniyetmə və gənclər arasında təbliğ olunması onlarda öz vətəninə məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. 44 günlük müharibədəki qələbəmiz, Rəşadətli Ordumuzun qüdrətini bütün dünyaya göstərdi.
Layihədə Vətən müharibəsi Qələbəsi haqqında süjetlər hazırlanacaq, Bərdə, Ağdam, Tərtər rayonlarına ezam olunaraq, Tarixi Qələbəni bizə yaşadan, Vətən Müharibəsi şəhidlərinin  ailə üzvlərindən, onların yaxınlarından və qazilərdən  müsahibələr götürüləcək. 
“Vətən Müharibəsi” zamanı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətləri, onların həyat və döyüş yolları haqqında çəkilmiş “Vətən Müharibəsi Qələbəsi” sənədli filmi gənclər və yeniyetmələrin vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olacaq. Layihənin təqdimatını isə Bərdə rayonun təhsil ocaqlarında (60 nəfər olmaqla)  olacaqdır.