Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını sədri Səbuhi Abbasov Gənclər və İdman Nazirliyinin QHT-ləri incitdiyini, qalib layihələrin hələ də maliyyələşməsini bildirib. QHT sədrinin bu fikirləri sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.
QHT.az qeyd olunan mövzuda ictimai birlik sədlərinin fikirlərini təqdim edir:
Səbinə Kərimova
Bu gənclər fonduna bir dəfə fərdi layihə verdik nöqtə, vergül davası edirdilər. O gündən bu fonda və onun əməkdaşlarına nifrət edirəm. Onlar o qədər gənci incitdilər fərdi layihələrdə qalib gələn uşaqlar layihələrdən imtina etdi çoxusu. Bir mühasib idi kimə gəldi ...... Dedim gedib ....... qoymadilar. Gənclərlə, QHT-lərlə elə danışırdılar elə bil qarşılarında insan deyil lazimsiz bir əşya dayanıb. Bir sözlə mən bir şahid kimi bu bəyin dediklərini təsdiqləyirəm.
Alövsət Allahverdiyev
Gənclər Fondu qohumlar, dostlar fondudur. Fərhad Hacıyevin vaxtında Fond çox gözəl çalışırdı.
Emin Bağırov
Bunun rəhmətlik Azad Rəhimova çatmağına azı iki əsr var özünü çox yuxarıdan aparır. Hansı ki biz Azad müəllimlə lap küçədə rastlaşandada nəisə deyəndə dinləyirdi bizi. Adama apreldən şəxsisə mesaj yazmışam özü də mövzum şəxsimə aid deyil hələ də oxumur girib səhifəsinədə yazıram yenə də oxumur demək sən gənclərin naziri olmağa layiq biri deyilsən vəssalam gerisi təfərrüatdı
Ali Cəfərov
Ümumiyyətlə nazirlıklər QHT-ləri incidirlər. İşləmək istəmirlər.
Vamiq Babayev
Çox biabırçı vəziyyətdir.
Toğrul Allahverdili
Müəllim əla kadırdır. Özü yaxşıdır ətrafı pis. Hələ temanı tuta bilmir. Səbirli olaq bir iki ilə düzələcək. Qaldı ki, qrant məsələsinə öz təşkilatlarına yəni “iri buynuzlu” və ya özlərinin əldə qayırma təşkilatlarına yay düşərgəsi adı ilə verirlərdə. Ümumi olaraq vəziyyət belədir.
Vasif Abdullayev
Fərid Qayıbovun inboxsuna yazırıq oxumur rəhbərlik etdiyi nazirliyin facebok səhifəsi bizi blok edir . Çün ki səhvləri görmək istəmirlər kor olmaq kar olmaq istəyirlər..
Aqil Aləsgər
Büdcədəki nöqtə-vergüllə bağlı zəng edirlərsə, buna da şükür etməlisən. Biz də layihəni ən yüksək şəkildə başa çatdırmışıq. Ancaq nə vatsapına, nə həştəqinə alan yoxdur. Nazirə gəlincə, ümid edirik təşkilatlarla və bu sahədə olanlarla tanışlıq prossesi başa çatandan sonra müsbətə doğru addımlar atacaq. Hələki getsə də İntiqam Babayevin börüsü ötür. Biz nazirə dəstək olmalıyıq ki, onlarla mübarizə apara bilsin.
Zülfiyyə Nuriyeva
Gənclər düşərgələri çox sevir və təcrübə qazanırlar, əlaqələri və şəbəkələşmə yaranır. Gənclərlə söhbət etsəniz bunları eşidərsiz. İdman sahəsindəki qısa vaxt ərzində əldə olunan uğurlar isə böyük nəaliyuətlərdir. Fərid Qayıbov və Fərid Cəfərov gənclərlə ən səmimi davranan və dəstək olan şəxslərdir. NAYORA-nın təşkil etdiyi düşərgə gənclərdən aldığım təəssürat ən yüksək səviyyədə oldu. Əziz dost illərlə mənim sədr olduğum təşkilatında layihəsi dəstəklənmirdi amma nazirlik mənim üçün doğma yerdir. İnşəAllah il bitmədən layihələr icra olunacaq. Səbrli olun. Bu davranışlar gənclərin fikrində mənfi düşüncələr formalaşdırar. Bu isə cəmiyyətimizə və ölkəmizə lazım deyil.
Mursel Behbudlu
2023-cü il yanvarın 1-nə qədər toparlanmasalar, vəziyyət pis olacaq!
Rövşən Bagırov
Fərid Qayibov uğursuz təyinat deyil, əsl gənclər idman naziri ampulasında olan, sadə və səmimi insandır. Bundan sui istifadə edən sektor müdirləri və əməkdaşlar var. Bütün diqqət idmana yönləndirilib, gənclərlə bağlı heç bir ciddi iş görülmür. Sektor müdiri Fuad Babayev çox uğursuz kadrdır. Ümumiyyətlə köhnə işçilər yola salınmalı idi əksinə kənar təsirlərlə onlara yüksək görəv verildi… 2 ildən çoxdur bir təlimçilik bazası formalaşdıra bilmirlər, layihələrin bildirişləri verildiyi halda həmin maliyyə ilə özləri üçün dövr edirlər, dövlət gənclər siyasətini formalaşdıran qurum olaraq gənclər təşkilatlarının görəcəyi işləri görürlər və sair..












