2026-cı il avqustun 12-də Səhiyyə Nazirliyi və QHT Agentliyinin QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçiriləcək.
İnfosessiyada Səhiyyə Nazirliyinin və QHT Agentliyinin məsul şəxsləri iştirak edəcək.
QHT.az xəbər verir ki, infosessiyada müsabiqə şərtlərinə uyğun olaraq, yalnız Nizamnamə məqsədlərində səhiyyə və sağlamlıq, zərərli asılılıqlara qarşı mübarizə profili olan QHT-lər iştirak edə bilər.
Qeyd olunan QHT nümayəndələrindən 2026-cı il avqustun 10-u saat 18:00-dək bu blankı doldurmaqla infosessiya üçün qeydiyyatdan keçmək xahiş olunur:
https://forms.gle/ToiMvwiTfapbnV136
10 avqust saat 18:00-dan sonra daxil olan müraciətlər nəzərə alınmayacaq.
Agentlik tərəfindən müraciətlər sistemləşdiriləcək, görüş saatı və tədbirin keçiriləcəyi məkan barədə QHT-lərə məlumat veriləcək.






