Nigerdə İqtisadi, Maliyyə və Vergi Cinayətləri ilə Mübarizə Komissiyası (COLDEFF) yaradıldığı 2023-cü ilin sentyabrından bəri 130,5 milyon ABŞ dolları (74 milyard CFA frankından çox) dəyərində qanunsuz əldə edilmiş aktivləri dövlətə geri qaytarıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, son 11–12 ay ərzində 21,2 milyon ABŞ dolları (12 milyard CFA frankı) nağd vəsait bərpa edilib. Bu rəqəmlərə daşınmaz əmlak və səhmlər daxil edilmədiyi üçün geri qaytarılan aktivlərin ümumi dəyərinin daha yüksək olduğu bildirilir.

COLDEFF-in sədri Zennou Moussa Aghali istintaq materiallarının itməsi ilə bağlı iddiaları təkzib edib və araşdırmaların qanun çərçivəsində aparıldığını bildirib.

Qeyd edək ki, 2023-cü ildə yaradılan COLDEFF korrupsiya, maliyyə və vergi cinayətləri ilə mübarizə aparır, qanunsuz əldə edilmiş dövlət vəsaitlərinin geri qaytarılması istiqamətində fəaliyyət göstərir.