İtaliyanın Milan şəhərində qocalar evində gecə saatlarında baş verən yanğında 6 nəfərin öldüyü bildirilib. Yanğında 81 nəfərin yaralandığı qeyd edilərkən, xəstəxanaya yerləşdirilən 16 nəfərin səhhətinin kritik olduğu paylaşılıb.

QHT.az xəbər verir ki, hadisə İtaliyanın Milan şəhərində Via dei Cinquecento küçəsində yerləşən qocalar evində görünüb.

Yerli vaxtla saat 01:20-də baş verən yanğına müdaxilə edən yanğınsöndürmə briqadasının binanı təxliyə etdiyi və 6 nəfərin həyatını itirdiyi bildirilib. Yaralıların sayının 81 olduğu qeyd edilib. Yanğında qatı tüstüdən zəhərlənən 81 nəfərin xəstəxanaya aparıldığı bildirilib.

Hadisə zamanı həyatını itirənlərdən 5 qadın və 1 kişi qocalar evi sakini olduğu bildirilib.

 

Pərvanə Fərhadqızı