11 oktyabr – Beynəlxalq Qız Uşaqları Günüdür.

QHT.az xəbər verir ki, hər bir qızın hər kəs kimi təhsil almaq, cəmiyyət içində olmaq, özü ilə bağlı qərarları müstəqil şəkildə vermək və öz müqəddəratını təyin etmək kimi hüquqları var və bu hüquqlar onların əlindən alınmamalıdır.

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin ərsəyə gətirdiyi bu qısametrajlı filmdə qız uşaqlarının hüquqlarına dair cəmiyyətimiz üçün aktual olan məsələlərə diqqət çəkilir. Qızların öz hüquq və azadlıqlarını reallaşdıra bilmələri üçün səsimizi ucaltmaq hər birimizin vəzifəsidir. Gəlin fərdlər, ailələr və cəmiyyət olaraq qızlarımızı səlahiyyətləndirək!

 

Pərvanə Fərhadqızı