Millət vəkili Vüqar Bayramov Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərlə görüşüb. Görüş zamanı 20-dən çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı yerində dövlət qurumları ilə əlaqə saxlayaraq qərarlar qəbul edilib.

QHT.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib. O, qeyd edib ki, həmyerlilərimizin müraciətləri məşğulluq, əlillik dərəcəsinin alınması, mənzil təminatı, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti və digər mövzuda idi: “Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq. Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”.

 

 

Pərvanə Fərhadqızı