29 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı ictimai birliyinin təşkilatçılığı ilə QHT.AZ saytının redaksiyasına “Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” adlı layihə çərçivəsində bir qrup layihə iştirakçısı səfər edib.

QHT.az xəbər verir ki, saytın rəhbəri Cəsarət Hüseynzadə ilk növbədə qonaqları salamladı və bildirdi ki, 29, 31 iyul 02 avqust 2024-cü ildə Binəqədi Gənclər Evində “Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” adlı layihə çərçivəsində 3 seminar keçirilib. Mövzulara bir daha qayıdaraq dövlətimiz üçün vacib olan məqamları xatırlatdı. Daha sonra xəbər saytları, onların qeydiyyatı prosesi, idarəetmə mexanizmi və həmçinin layihə iştirakçılarına işçi şəraitində məlumatların hazırlanması, seçilməsi və saytda paylaşılması qaydasını əyani olaraq nümayiş etdirildi. Qeyd olunan prosesdə xəbər paylaşılması istiqamətində layihə iştirakçılarına sərbəst mühit yaradaraq kolektiv şəkildə bir xəbərin paylaşılması həyata keçirildi. Ümumilikdə layihə müddətində gənclər həm nəzəri, həm də praktiki olaraq media sahəsində biliklər əldə etdilər.

Sonda layihə iştirakçıları Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı ictimai birliyinə və ekspert və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadəyə təşəkkürlərini bildirdilər.