Naxışların, ilmələrin rənglərin vurğunu, Azərbaycan xalçaçılıq sənətini nəsillərə ötürülməsində böyük zəhməti olan dəyərli insan,  Fatimə Ağamirzəyeva dünyasını dəyişib.

Allah rəhmət eləsin!

QHT.az xəbər verir ki, "Xalça dünyası" Assosiasiyası və "Aygün" tikiş-istehsalat firmasının rəhbəri Fatimə Ağamirzəyeva 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə dək kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam etmişdir. Kursları aparmaq üçün tədris proqramının olmadığına görə, "Biçməyi-Tikməyi öyrənin" adlı tədris kitabı hazırlayır və bu kitab Azərnəşrdə dövlət proqramına qəbul olunur və tiraja çıxarılır. Daha sonra "Biçib-tikmənin praktikası", "Gözəllik ondur" kitabları da dövlət tərəfindən qəbul olunub templanda qalmışdır.

Fatimə Ağamirzəyeva 2006-cı ildə Xalça Dünyası Assosiasiyası İctimai Birliyini yaradıb. Hazırda assosiasiya YUNESKO-nun rəsmi üzvüdür və dövlət strukturları qarşısında xalçaçıların və xalça sahəsində yaranmış problemlərin qaldırılması, həlli yollarını tapmaqla məşğuldur.

 

Pərvanə Fərhadqızı