“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Gəncə şəhərində yaşayan şəhid ailələrini ziyarət edib!
QHT.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan gizir Kərim Məmmədov, gizir Seymur Ələsgərov, MAXE Eşqin Bağırov, MAXE Hikmət Həsənov, əsgər Asif Qocayev, 2023-cü ildə keçirilən antiterror əməliyyatları zamanı şəhid olan baş leytenant Kərəm Həsənov və gizir Vaqif Rəcəbovun ailələrini ziyarət edən Sevinc Orucova ailələrin problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.












