Dəm qazından zəhərlənmələr və insan təlafatı ciddi problemə çevirilib.
Bu faciələrin günahkarları kimdir? Vətəndaşmı, dövlət orqanlarımı, sosial ağırlıqmı, tikintidə baş verən qanunsuzluqlarmı?
QHT.az xəbər verir ki, bu mövzu ITV-nin canlı yayımında, "Sabaha saxlamayaq" verilişində müzakirə edilib. Verilişdə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bu dərin problemdir, bir qrumun problemi kimi demək çətinlik yaradacaq: “Dəm qazından boğulma hallarının ölkə istehlakçılarının hüquqları, imkanları gömrükdə pozulur. Hansı ki, idxal olunan, heç bir standartlara uyğun olmayan cihazlar ölkəyə gətirilir, ondan istehlakçılarımız, vətəndaşlarımız istifadə edirlər, heç bir texniki şərtlərin tələblərinə və normalarına cavab vermirlər. Xüsusən də İran istehsalı olan peçlərdən nasazlıqlar səbəbindən zəhərlənmələrin, boğulmaların şahidi oluruq”.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı












