Hüquqi Təhlil və Araşdırmaları İctimai Birliyinin sədri BMT-nin İnsan hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində "Yaşayışla bağlı hüquqların həyata keçirilməsi" mövzusunda keçirilmiş dəyirmi masada çıxış edib.
Bu barədə təşkilatın sədri Ramil İsgəndərli QHT.az-a açıqlamasında bildirib.
"Çıxışım zamanı həm Ermənsitandan qaçıqın düşmüş şəxslərin, həmçinin Qarabağdan olan keşmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış və yaşayış hüquqları barədə məlumat verdim. Ailə üzvlərim, qohum və yaxınlarımın bir çoxunun vaxtilə Ermənistandan və Qarabağdan köçürülməsinin iştirakçıların nəzərinə çatdırdım.
Qeyd etdim ki, 2020-ci il Qarabağ müharibəsinin başa çatmasından artıq iki ildən çox vaxt keçib. Minalardan təmizlənmiş ərazilərdə geniş infrasturktur və evlərin, mənzillərin tikinti işlərinə baxmayaraq lakin təəssüf ki, azərbaycanlılar hələ də öz evlərinə qayıda bilmirlər. Şəhər və kəndlər Ermənistan tərəfindən sistemli şəkildə dağıdılmış və talan edilmişdir.
Ermənistanın işğaldan azad olunmuş əraziləri minalaması qayıdış prosesini ləngitdiyini qeyd etdim. Sonda beynəlxalq ictimaiyyəti Ermənistanı hərbi təxribatlarını, o cümlədən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq üçün minaların yerləşdirilməsini dayandırmağa və azərbaycanlı qaçqınların Ermənistan ərazisində olan öz evlərinə və mənzillərinə qayıtması üçün lazımi şərait yaratmağa sövq etməyə çağırdım."












