Polşanın Ukraynaya daha 10 Leopard 2A4 tankı göndərməsi ilə söz verilən tankların təhvil verilməsi tamamlanıb.

QHT.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak jurnalistlərə bildirib ki, bu gün Ukraynaya təhvil veriləcəyi vəd edilən daha 10 Leopard 2A4 tankı təhvil verilib.

Blaşçak Polşa, Norveç və Kanadalı təlimçilər tərəfindən Ukrayna əsgərlərinə tankların istifadəsi ilə bağlı verilən təlimin də uğurla başa çatdığını bildirib. “Biz Leopard 2A4 batalyonunu yığa bildik.

Bu yolla beynəlxalq koalisiyanın bir hissəsi olaraq Ukraynanı dəstəkləyirik”, - deyən Blaşçak, tanklara texniki qulluq və təmir mərkəzi yaratmağa başlayacaqlarını bildirib.

Polşa Ukraynaya verəcəyini vəd etdiyi 14 Leopard tankından ilk dördünü fevralın 24-də, müharibənin birinci ildönümündə təhvil verib.