İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramovun verdiyi məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda günəş enerjisi istehsalı 9 dəfə artaraq 424.5 milyon kVt.sta çatıb. Yaşıl enerji mənbələrindən istehsal edilən elektrik enerjisi isə ötən ilin müvafiq dövrünə nisbətən 1 240.7 milyon kVt.st artaraq 2 771.8 milyon kVt.st təşkil edib.

QHT.az xəbər verir ki, bu artım, Qarabağ və Şərqi Zəngəzurda yaşıl zona formalaşdırılmasına və COP29-a ev sahibliyi edəcək ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunmasına töhfə verir. V. Bayramov, bərpa olunan enerji mənbələrinin ev təsərrüfatları və icmalar tərəfindən istifadə olunmasının ölkədə enerji istehsalını artıracağını və enerji xəclərini azalda biləcəyini qeyd edib. Azərbaycanın bərpa olunan enerji potensialı 27,000 Mvt olaraq dəyərləndirilir, bunun 23,000 Mvt-ı günəş, 3,000 Mvt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi istehsalı bütün ölkə ərazisində mümkündür, külək enerjisi isə Bakı, Abşeron və Xızı rayonlarında daha əlverişlidir.

 

Pərvanə Fərhadqızı