Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyin Elmi- Tədqiqat Aerkosmik İnformatika İnstitutunun nəzdində  fəaliyyət göstərən Tofiq İsmayılov adına  muzeydə  tədbir keçirilib.

QHT.az xəbər verir ki, Gənc Vətənpərvərlər İctimai Birliyin təşəbüsü ilə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsilə bağlı Agentliyin Tofiq İsmayılov adına muzeydə Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbin adına qeyd olunan bir qrup şagirdlərin və müəllim heyətinin iştirakı ilə muzeydə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Agentliyin direktoru  Elçin  İsgəndərzadə  tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib . 
Sonra o qeyd etdi ki, Akademik T. K. İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. 
Xalq qarşısında xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni, "Əməkdə rəşadət" medalı, 1978-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 
Onu da E.İskəndərzadə T.İsmayılovun vətənpərvərliyindən qeyd edərək bildirdi ki, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatları qurultayında T. İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətlədi və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif etdi. Hamı ayağa qalxdı. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M. S. Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur oldu.
Gənc Vətənpərvərlər İctimai Birliyin Fəxri üzvü,”Əməkdar hüquqşünas”,”Şöhrər “ ordenli   Kərimov İkram Heydər oğlu  qeyd dərək bildirdi ki, təhsil aldığım  Kürdəmir şəhər T.İsmayılov adında 1 nömrəli tam orta məktəbdə çox saylı gənclərlə görüş zamanı  sual əsasında  Bakı şəhərində T.İsmayılov adına muzeydə məktəbin bir qrup şagirdlərin və müəllimlərin iştirakının təmin olunmasını xahiş etdilər və gördüyünüz kimi  sizlərlə  bu muzeydə  Akademik T.İsmayılovanı yad edirik ,onun fəaliyyətindən vətənpərvərliyindən,
insansevərliyindən söhbət acırıq.Hesab edirəm ki,bu yönlü görüşlər  davamlı olraq Ali təhsil və orta məktəblərin şagird və tələbələrinin  iştirakı ilə T.İsmayılov adına muzeydə keçirilməsini vacib sayıram.
Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri, İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamladı və sonra o,bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır. 
MAKA-Aerokosmik Agentliyin Baş direktorun birinci müavini Tofiq Süleymanov Kosmik sənayenin inkişafının indiki mərhələsində “Kaspi” EM-dən Milli Aerokosmik Agentliyinə kimi 50 illik tarixi yol keçmiş təşkilat hal-hazırda Tofiq müəllimin ənənələrini davam etdirir, onun qurub yaratdığı texniki bazanı və infrastruktur elementlərini daha da möhkəmləndirmək üçün mütəxəssislərimiz var gücü ilə çalışırlar.
Tədbirdə, Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerkosmik İnformatika  İnstitutunun  direktoru Elçin İskəndərzadə və Kürdəmir şəhər  Tofiq İsmayılov adına  1 nömrəlii tam orta məktəbin direktoru  Vüqar Nəsirov  Ulu öndər Heydər Əliyevin əksi olunmuş döş nişanı və Fəxri Fərmanla təltif edildi.
Tədbirin davamı olaraq  DİN-n  Polis Akademiyasında sona çatdırılıb və tədbir iştirakçılarına  çay, kofe və yemək  naxarıın verilməsi təşkil olunub.