Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsi tərəfindən region mediasiya təşkilatlarının nümayəndələri üçün təlim keçirilib.

QHT.az xəbər verir ki, təlim Mediasiya Şurası Etika Komitəsinin Sabirabad və Salyan 1 saylı mediasiya təşkilatlarında apardığı monitorinq nəticəsindən ortaya çıxan nöqsanların aradan qaldırılması məqsədi ilə təşkil edilib. "ZOOM" platforması üzərindən onlayn şəkildə təşkil edilən təlimdə Komitə sədri Paşa Səfərov, üzvləri Sadiq Bağırov, Cabbar Həsənov, Aliyə Əmirova, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Salyan 1 saylı Mediasiya Təşkilatının rəhbəri Elman Hənifəli və mediasiya təşkilatlarının mediatorları iştirak edib.

Qeyd edək ki, metodiki dəstəyin göstərilməsi, barışıq sazişlərinin keyfiyyətinin artırılması məqsədi ilə keçirilən görüşdə Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvləri tərəfindən təşkilatların mediatorlarının sualları cavablandırılmış, təşkilati və marketinq sahəsində lazımi metodiki dəstək göstərilib.