“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Narkomaniya ilə mübarizədə polis, valideyn, müəllim qrupları ilə birgə təşəbbüslərin həyata keçirilməsi” layihəsinə 05 sentyabr 2022-ci il tarixdən etibarən start verildi. 

Cinayətkar qrupların əsas hədəf qrupları orta məktəb şagirdləridir.

 

 Onlar bunun üçün müxtəlif vasitələrdən istifadə edirlər ki, biz də gecikmədən öz fəaliyyətimizi həyata keçirməliyik. 

 

Təklif edilən ideya bundan ibarətdir ki, bu dəfə təşkilat yenə də Bakı kəndləri ilə yanaşı, Azərbaycanın Lənkəran, Masallı rayonlarında hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə maarifləndirici iş aparsın.

 

 Belə fəaliyyət yeniyetmələrlə iş şöbəsinin əməkdaşları ilə uşaqlar, valideynlər arasında da əməkdaşlığı bərkidir, eyni zamanda QHT-polis əməkdaşlığı üçün də effektlidir. 

 

Bu günlərdə təşkilat 10-11 noyabr 2022-ci il tarixlərində Masallı və Lənkəran rayonlarında Narkomaniyanın qarşısının alınmasına dair maarifləndirici tədbir keçirdi. 

 

Masallı rayonunda keçirilən tədbir rayonun Hişkədərə kənd tam orta məktəbində Masallı rayon polis şöbəsinin RPŞ rəis müavini Elvin Əzimovun və Boradigah PB rəisi Pərviz Məmmədovun iştirakı ilə keçdi. 

 

Tədbiri məktəbin direktoru İlham Ağayev açaraq şagirdlərin yeniyetməlik dövrünü ən sağlam şəkildə keçirməkləri, asudə vaxtlarında səmərəli, həvəs göstərdikləri aktivliklərlə məşğul olmaları, əsla kənardan tanımadıqları insanlarla yaxından ünsiyyət qurmamaları, zərərli vərdişlər-siqaret, narkotik vasitələr, qeyri-sağlam həyat tərzi sürməyin fəsadları barədə ətraflı məlumat verdi.

 

 Daha sonra tədbirdə çıxış edən Masallı rayon polis şöbəsinin RPŞ rəis müavini Elvin Əzimov şagirdləri maraqlandıran sualları cavabladıqdan sonra, şagirdlərin nə zaman köməyə ehtiyacları olduqda bir telefon zəngi və ya sosial şəbəkələrdən mesaj qədər yaxınlarında olduqlarını, təhlükə hiss etdikdə mütləq polis əməkdaşları, uşaq qaynar xətt əməkdaşlarına məlumat vermələrini vurğuladılar.  

 

O, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. 

 

Boradigah PB rəisi Pərviz Məmmədov çıxışdan əvvəl uşaqlara narkomaniyanın fəsadlarına dair sosial çarx nümayiş etdirdi. 

 

Öz çıxışında o, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi. 

 

Təşkilatın sonrakı tədbiri noyabrın 11-də LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində keçirildi. Tədbirdə Lənkəran ŞRPŞ-nin YYÇPİTQ-nın baş inspektoru, polis kapitanı Fazil Bağırov və polis baş leytenantı Orxan Şahmarov, eləcə də Gənclər və Turizm Nazirliyinin əməkdaşı da iştirak edirdi. Tədbiri çıxış sözü ilə açan kollecin direktoru Leyla İbrahimova respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq sözü qonaqlara verdi. Çıxışçılar narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danıdaha diqqətli olmalarını bildirdilər. 

 

Eləcə də gənclərə sağlamlıqlarının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər. 

 

Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablan