Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədr müavini Nigar Ramazanova, "QHT-lərin V İnkişaf və Mübadilə Proqramı" ilə bağlı təəssüratlarını bölüşüb. Videoda çıxış edən Nigar Ramazanova, proqramın Azərbaycanın qeyri-hökumət təşkilatları üçün nə qədər vacib olduğunu vurğulayıb.

QHT.az xəbər verir ki, o, proqramın QHT-lərin inkişafına və yeni imkanlar əldə etməsinə böyük töhfə verdiyini qeyd edib. Ramazanova bildirib ki, bu cür proqramlar vasitəsilə təşkilatlar arasında təcrübə mübadiləsi aparılır, yeni tərəfdaşlıqlar qurulur və birgə layihələr həyata keçirilir.

Onun sözlərinə görə, Gəncə Regional Qadın Mərkəzi olaraq, bu proqramdan əldə etdikləri bilik və təcrübə gələcək fəaliyyətlərində onlara yol göstərəcəkdir.

 

Pərvanə Fərhadqızı