Banqladeşdə fəaliyyət göstərən QHT-lər Rohinca qaçqınlarının üzləşdiyi humanitar böhranın həlli üçün beynəlxalq dəstəyin davam etdirilməsinə çağırış ediblər.

QHT nümayəndələri bildiriblər ki, Koks-Bazarda yaşayan yüz minlərlə Rohinca qaçqınının vəziyyəti uzunmüddətli xarakter alıb. Onların sözlərinə görə, ərzaq, səhiyyə, təhsil və digər əsas xidmətlərə ehtiyac hələ də yüksək olaraq qalır.

QHT.az xarici mediaya istinadən bildirir ki, vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq donorları maliyyə dəstəyini azaltmamağa, həmçinin qaçqınların və onları qəbul edən yerli icmaların ehtiyaclarını nəzərə almağa çağırıblar.

QHT-lər hesab edir ki, böhranın davamlı həlli üçün yalnız humanitar yardım kifayət deyil. Onların fikrincə, Rohincaların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıda bilməsi üçün uzunmüddətli beynəlxalq səylər gücləndirilməlidir.

Məlumata görə, QHT platforması beynəlxalq ictimaiyyətin diqqətinin Rohinca böhranından yayınmamasının vacibliyini də vurğulayıb.