Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi BMT-nin Xüsusi Məruzəçisinə birgə hesabat təqdim edib.

QHT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Mədəni hüquqlar sahəsində xüsusi məruzəçi xanım Aleksandra Xantaki bu yaxınlarda “Qarabağda erməni mədəni irsinin məhv edilməsi” haqqında yanlış bəyanatla çıxış edib. Xüsusi məruzəçi bu bəyanatı ona verilən yanlış məlumatlara əsasən edib.

Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi cavab olaraq 35 kompüter səhifəsi həcmində “Mədəni hüquqlar sahəsində xüsusi məruzəçi üçün "Ermənistanda dağıdılan, erməniləşdirilən və ya başqa millətlərə aid edilən abidələr" adlı birgə hesabat hazırlayaraq xüsusi məruzəçiyə göndərib. Birgə hesabatda indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycanda məhv edilən, erməniləşdilən 9 məcsid, 7 məbəd, 3 qəbirüstü abidə, 1 qədim yaşayış məntəqəsi, 3 karvansaray, 5 türbə, 2 mədrəsə, 3 qala, 2 pir və 1 körpü haqqında məlumatlar və şəkillər yerləşdirlib.

 

Pərvanə Fərhadqızı